Azadlığın ideologiyası – Libertarianizm və tətbiqi

Bayraq

Günümüz dünyasında bir neçə ideologiyanın adını sıxlıqla eşidirik: Kommmunizm, Sosyalizm, Liberalizm, Faşizm və hətta Nazizm. Lakin günümüz dünyasının formalaşmasında rol oynamış Libertarianizm bizim coğrafiyamızda demək olar ki, tanınmır. Bəs liberal ideologiyalar ailəsinin ögey övladı Libertarianizm nədir və necə ortaya çıxıb?

Libertarizm şəxsi azadlıq və fərdi hüquqlara əsaslanan bir fəlsəfədir. Bu fəlsəfənin əsasları Maarifçilik dövrünə təsadüf edir. Maarifçilik dövrü insanların dünyanı ağıl və məntiqlə dərk etməyə başladığı bir dövr idi. Bu dövrdə fərdlərin təbii hüquq və azadlıqları haqqında fikirlər getdikcə geniş çapda yayıldı.

Libertarizmin müasir forması 20-ci əsrin əvvəllərində ortaya çıxdı. Xüsusilə ABŞ-da bu fəlsəfə azad bazar iqtisadiyyatını və məhdud hökuməti müdafiə edən mütəfəkkirlərin təsiri altında daha da inkişaf etmişdir. Bu dövrdə libertarizm xüsusilə Ayn Rand, Murray Rothbard, Friedrich Hayek və Robert Nozick kimi mütəfəkkirlərin əsərləri ilə formalaşmışdır.

Libertarianizmin əsas prinsipləri

Şəxsi Azadlıqlar

Libertarian fəlsəfənin mərkəzində fərdi azaqlıqlar durur. Belə ki, fərd digərlərinin azadlıqlarına toxunmadığı müddətcə onun azadlığı toxunulmazdır. Bu prinsip kollektivizmin əksinə fərdi azadlığı cəmiyyətin azadlıq və mənfəətindən üstün görür. Yəni, dövlət və ya digər təkəl quruluşlar hər hansısa bir şəxsin azadlığını cəmiyyətin faydası bəhanəsi ilə qəsb edə bilməz. Hətta bəzi libertarianlar bunu bir səviyyə iləri apararaq narkotik vasitələrin belə leqallaşmasının tərəftarıdır. Bunun real olduğu vəziyyətlər bəzi Avropa ölkələri və ABŞ-ın bəzi ştatlarında mövcuddur.

Şəxsi Mülkiyyət və Hür təşəbbüs haqqı

Mülk

Libertarianizmin olmazsa olmaz prinsipi şəxsi mülkiyyət anlayışıdır. Bu prinsipə görə şəxsin mülkiyyət toxunulmazlığı və təşəbbüs hürriyyətidir. Yəni şəxsin öz mülkü üzərində limitsiz söz haqqına sahibdir. Məsələn sizin topaq sahəniz varsa, siz istəsəniz ora ev tikib yaşayarsınız, istəsəniz fabrik təsis edərsiniz, istəsəniz icarəyə verə bilər vəya sata bilərsiniz və ya sadəcə heç nə etməzsiniz. Sizin mülkiyyətiniz üzərində olan haqqlarınız toxunulmazdır və onlar dövlət tərəfindən limitlənə bilməz. Hür təşəbbüs haqqına əsasən sizi kommersiya, vətəndaş cəmiyyəti, dərnək kimi fəaliyyətlərinizin qarşısı alınmamalıdır. Qarşısının alınmasından başqa fəaliyyətinizin hər hansısa məcburi sertifikasiya və ya requlasiyaya tabe olması da bu haqqın pozulmasıdır. Buna əlavə olaraq, belə proseslər bazar iqdisadiyyatında özünə rəqib istəməyən böyük kommersiya qurumlarının təkəlləşmə istəyinin bir nəticəsi də ola bilər.

İfadə azadlığı

İfadə

İnsanın təbii azalıqlarından biri də İfadə azadlığıdır. Bu qısaca insanların düşüncə və hisslərini sərbəstcə ifadəhürriyətidir. Azad cəmiyyətdə insanlar öz düşüncələri, görünüşləri, inancları və həyat tərzlərinə görə təqibə məruz qalmırlar. Libertarianlar ifadə azadlığının mədəniyyətin inkişafının əsas açarı olduğu fikrini irəli sürürlər. Belə ki, tarix boyuca azad ticarət və hür ifadə azadlığna sahib cəmiyyətlər həmişə rəfah və mədəniyyətə görə digərlərindən öndə olmuşdur.

Minimal Dövlətçilik – Minarxiya

Minarxiya

Totalitar rejimlər həmişə təbii insan azadlıqlarına qarşı olublar. Bu istənilən totalitar rejim üçün keçərlidir. Bəhanələr dəyişsə də, onların qurbanı dəyişmir. Qəsb edilən yenə insanların azadlıqları olur. Libertarianlar isə dövlətin minimallığı mövzusunda qətidirlər. Yəni prinsipcə vergilərə, dövlətin sosial xidmətlərinə və sosial yardımlarına qarşıdırlar. Bundan əlavə, dövlətlərin mərkəzi banklarının qarşılıqsız pul buraxmasına da texniki olaraq oğurluq olduğu səbəbiylə qarşıdırlar.

Libertarianizm praktikada – Javier Milei

Javi

Libertarianizm hər nə qədər ütopik səslənsə və ən azından adının digər ideologiyalar görə yeni olmağına baxmayaraq artıq o dünya siyasətində özünə yer tapmağa başlayıb. Belə ki, 2023-cül ilin sonlarında Argentinada keçirilən seçki nəticəsində “La Libertad Avanza” Partiyasının Libertarian lideri Javier Milei qalib gələrək prezident seçilmişdir. O özündən əvvəl yüz ildən çox Argentinada hökm sürmüş müflis dövlətpərəst sistemi əlinin tərsi ilə itələmiş və bu sistemə son vermək qərarı almışdır. Hələ seçki kompaniyası dövründü o, mitinq yerinə elektrikli mişarla gələrək dövləti budayacağına işarə etmişdir.

Prezident Milei hakimiyyətə bəzi vəədlərlə gəlmişdi. Gəlin onlara göz ataq:

  1. İqdisadiyyata şok müalicəsi olunacaq
  2. Argentina Mərkəzi Bankı bağlanlıacaq və ABŞ dollarına keçiş olacaq.
  3. “Afuera”(Rədd ol!) deyilərək 12 ədəd nazirlik qapadılacaq.
  4. Elektrikli Mişar proqramı çərçivəsində minlərlə gərəksiz məmurun işinə son veriləcək.
  5. Zərər edən dövlət şirkətlərinin hamısı özləlləştiriləcək.
  6. Silah və orqan ticarəti leqallaşdırılacaq.

Prezident olan Milei Parlamentdə üstünlük sağlaya bilməməsinə rəğmən vəədləri doğrultusunda işləməyə başladı. Xüsusi ilə Elektrikli Mişar proqramının tətbiqinə diqqət ayırdı. O gələnə qədər influasiya ilə boğuşan Argentinada hər ay aylıq influasiya azalmağa başladı. Bundan başqa Milei bir çox Dünya lideri və tanınmış biznesmen Elon Musk ilə görüşüb. O Argentina G7'də olmamağına rəğmən İtaliya prezidenti Gregoria Meloni'nin dəvəti ilə G7'yə qatılmışdır. Venezuella ilə isə kommunist idarəsinə görə yaxşı keçinmədi. Bundan başqa hələ bir neçə aydır hakimiyyətə gəlmiş Milei artıq Argentinayı NATO'nun qlobal müttəfiqi namizədi etmişdir.

Görüş

Hal-hazırda Libertarianizmin dünyadakı tək təmsilçisi olan Milei həm də Libertarianizmin ilk praktikasına imza ataraq bütün dünyaya dərs keçmişdir. Bu günlərdə bütün dünyadakı libertarianların gözü ondadır. Onun uğurlu olub-olmayacağını isə bizə zaman göstərəcək.

Sonluq

Ümid edirəm sizə həm libertarianizm ideologiyasını başa sala həm də maraqlı dünyagörüşü qata bilmişəm. Əgər fəaliyyətimi bəyənirsinizsə mənə Kofe alaraq və ya birbaşa kiçik iyanələr edib dəstək ola bilərsiniz.

Mail: subhanqedirli@protonmail.com Kofe al: https://kofe.al/@subhanqedirli Kapital Bank: 4169 7388 1014 0651